Sağlamlıq

Sizi yaşlı göstərən 9 səhv

23 May 2016 19:48
0 Şərh     Baxış: 3 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözəl və düzgün makiyaj sizi həm gənc, həm də sağlam göstərir. Ancaq bəzən səhv tətbiq olunan gözəllik ritualları sizi olduğunuzdan yaşlı və qüsurlu göstərə bilər.

Milli.Az qadinklubu.com-a istinadən həmin səhvləri sizlərə təqdim edir:

1- Həddən artıq makiyaj

Az makiyaj sadəcə üz cizgilərini bir qədər vurğulayaraq sizi təbii göstərər. Artıq makiyaj isə sizi olduğunuzdan fərqli göstərər. Məhz bu səbəbdən seçim etdiyiniz az makiyajla həm dərinizi daha az yorar, həm yaşınızı böyük göstərməmiş olarsınız.

3- Dərini ölü hüceyrələrdən təmizləməmək

Bütün bədənə pilinq etməyin əhəmiyyəti, çox təəssüf ki, çox vaxt nəzərə alınmır. Ölü hüceyrələrdən bədəni təmizləmək dərinin özünü yeniləməsi üçün çox vacibdir! Həftədə ən az 2 dəfə dəri tipinə uyğun bir pilinqlə dəri ölü hüceyrələrdən təmizlənməlidir.

4- Günəş kremi istifadə etməmək

Nəmləndiricidən daha əhəmiyyətli bir şey varsa, o da günəş kremidir! Çünki bu krem dərinizi nəmləndirərkən, eyni zamanda sizi günəşin zərərli şüalarından da qoruyur.

5-  Parıltılı makiyaj məhsulları seçimi

Makiyajın parıltısı sizi yaşlı göstərəcəkdir. Bu səbəbdən parıltılı makiyaj vasitələrindən uzaq olun.

6- Gün eynəyi istifadə etməmək

Çöldə günəş çox az olsa da gün eynəyinizi taxmağı unutmayın. Günəşli havada gözlərinizi qısaraq baxdığınız hər saniyə, sizdə qalıcı bir qırışıqlığın başlanğıcı ola bilər. Ayrıca göz sağlamlığınız baxımından mütləq şüşəsi keyfiyyətli məhsullar istifadə etməlisiniz.

7- Alt kirpiklərə tuş çəkmək

Bəli, iri gözlərə sahib olmaq super bir hissdir! Ancaq bunu alt kirpiklərinizə tuş sürərək etmək, yaşınıza yaş qatdığı üçün doğru bir yol deyil. Onun yerinə nude tonlarda bir göz qələmi tətbiq edin. Çox daha cazibədar bir görünüş əldə edəcəksiniz.

8- Pudra istifadəsini şişirtmək

Unudanlar üçün təkrar etməkdə fayda var: "Pudranın istifadə məqsədi üzünüzdəki parlaqıqları az da olsa yüngülləşdirməkdir!" Ancaq pudra ifrat olarsa, qüsurları vurğulayar, qırışlara dolaraq büruzə edər.

9- Çox incə qaşlar

Qaşlarınızı nə qədər nazik edərsinizsə, bir o qədər böyük görünəcəksiniz. Məhz bu səbəbdən mümkün qədər qaşların təbii formasını qoruyaraq şəkilləndirməyə diqqət edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.