Sağlamlıq

Mobil telefonlar beyin xərçənginin riskini artırırmı?

6 May 2016 23:42
5 Şərh     Baxış: 2 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi mütəxəssislərin fikirinə görə, mobil telefonlardan istifadə insanlarda beyin xərçənginin riskini artırır.

Lakin Yeni Zelandiya, Böyük Britaniya, ABŞ, İsveç və bəzi digər ölkələrdə aparılmış araşdırmalar göstərib ki, mobil telefonlardan istifadə beyin xərçənginin inkişafına təsir etmir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, İnternational Buisiness Times xəbər verir ki, son belə araşdırma Avstraliyada aparılıb. Sidney Universiteti alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, mobil telefonların yayılması son 30 il ərzində Avstraliyada beyin xərçəngi hallarının artmasına səbəb olmayıb.

Digər tərəfdən mobil telefonları tam ziyansız hesab etmək olmaz. Artıq sübut olunub ki, telefonlar spermanın keyfiyyətinə mənfi təsir edir. Məhz bu səbəbdən həkimlər kişilərə mobil telefonları şalvarların ciblərində gəzdirməyi tövsiyə etmirlər.

Digər tərəfdən telefon danışıqlarından süi-istifadə edən insanlarda arterial təzyiqinin və stresin artması, yuxusuzluq kimi pozulmalar müşahidə oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.