Sağlamlıq

Yeməkdən sonra mütləq pendir yeyin - çox faydalıdır!

6 May 2016 23:19
17 Şərh     Baxış: 6 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fansada və bəzi digər ölkələrdə pendir əsas qida qəbulundan sonra yeyilir. Bu çox gözəl və sağlam ənənədir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, pendir çox faydalı diyetik məhsuldur. Hər qida qəbulundan sonra 2-3 nazik tikə bərk pendir yeyin.

- Qida qəbulundan sonra yedikdə pendir həzm prosesləri yaxşılaşdırır və sürətləndirir.
- Pendir dişlər üçün çox xeyirlidir. Mütəxəssislərin fikirinə görə, hər qida qəbulundan 1-2 tikə pendir yedikdə bu kariesin inkişafının qarşısını alır.
Kalsiumla zəngin olan pendir dişləri möhkəmləndirir. Həmçinin pendir ağız suyunun miqdarını artırır. Ağız suyu mikrobları öldürmək xüsusiyyətlərə malikdir.
- Pendir endorfinlərlə zəngindir. Endorfinlər əhval-ruhiyəni yaxşılaşdırır, stresi azaldır. Lakin onu da nəzərə almaq lazımdır ki, yatmazdan əvvəl pendir yemək olmaz. Bu yuxuya getməyə mane olacaq.
Hipertoniyadan əziyyət çəkən, qanda xolesterinin səviyyəsi yüksək olan insanlara pendirin qəbulunu azaltmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.