Sağlamlıq

Bu dərmanlar xərçəngə səbəb olur

6 May 2016 23:05
7 Şərh     Baxış: 7 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış Johnson & Johnson şirkəti növbəti məhkəmə prosesində uduzub.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xərçəngdən əziyyət çəkən ABŞ vətəndaşı Qloriya Ristsand şirkətə qarşı çox ciddi iddia irəli sürüb. Qadın sübut edirdi ki, tərkibində talk olan Johnson & Johnson şirkətinin məhsullarının uzun illər ərzində istifadəsi onda xərçəngin inkişafına səbəb olub.

Məhkəmə təsdiq edib ki, xərçəngin inkişafının səbəbi məhz talk əsasında səpmə dərman ("prisipka") olub.

Reuters agentliyi xəbər verir ki, məhkəmənin qərarına görə, Johnson & Johnson şirkəti iddiaçıya 5 milyon dollar kompensasiya ödəməlidir.

Bu ilk belə məhkəmə prosesi deyil. Yumurtalıqlar xərçəngindən vəfat etmiş Jaklin Foks adlı ABŞ vətandaşının qohumları Johnson & Johnson şirkətinə qarşı oxşar iddia irəli sürüb və məhkəmədə udublar.

Hal hazırda daha 1200 insan şirkətə qarşı oxşar iddialar irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.