Sağlamlıq

Arıqlamaq istəyən xanımlara BİKİNİ PƏHRİZİ

3 May 2016 14:22
12 Şərh     Baxış: 3 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tətil günlərinin başlamasına sayılı günlər qalıb. Güzgü qarşısına keçdikdə özünüzü bikinidə təsəvvür edə bilirsinizmi? Yəqin ki, artıq çəkilər sizə qorxulu yuxu kimi gəlir. Elə isə bu dəqiqədən etibarən pəhrizə başlayın. Adını isə "bikini pəhrizi" qoyun ki, ciddi əməl edəsiniz.

Milli.Az lent.az-a istinadən çimərlik mövsümünə hazırlıq üçün türkiyəli dietoloq Seçil Kenarın pəhriz proqramını təqdim edir. Bu pəhriz ilə həm qısa müddətə artıq çəkidən azad olarsınız, həm də sağlamlığınızın qayğısına qalarsınız.
 
Budur sizə "bikini pəhrizi":
 
- Gündə 3 əsas yemək və 3 ara yeməyi yeyin.
 
-Yeməklər bol-bol qaynadılmış və ya buxarda bişirilmiş olacaq, tərəvəz isə mütləqdir.
 
- Gündə mütləq 2 litr su için.
 
- Gündə 1 mineral su, 2 fincan yaşıl çay için.
 
- Pəhrizdə meyvə porsiyasını artırın, yağlı-şəkərli qidaları çıxarın.
 
- Tox tutması baxımından lifli qidaları artırın.
 
- Gün ərzində atışdırmalar etməyin.
 
- Hazır meyvə suyu içməyin.
 
 
Sağlam pəhriz proqram:
 
 * Səhərlər 1 kasa qatıq, 6 ədəd çiyələk, 2 ədəd qoz, 1 dilim ananas.
 * Ara yeməyində 3 ədəd təzə ərik
 * Naharda 1 kasa tərəvəz şorbası, 1 kasa qatıq
 * Ara yeməyində 1 dilim qarpız + 1 dilim pendir, 2-3 ədəd kəpəkli biskvit
 * Axşam 1 qab qaynadılmış və ya buxarda bişirilmiş tərəvəz, 1 kasa qatıq
 * Gecə 1 ədəd alma, 6 ədəd çiy badam

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.