Sağlamlıq

Musiqi körpələrin nitqini inkişaf etdirir

3 May 2016 00:12
1 Şərh     Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşınqton Universitetinin (Sietl, ABŞ) alimləri hesab edirlər ki, hər gün musiqi dinləmək uşağın nitq aparatını inkişaf etdirmək baxımından faydalıdır. Onlar sonuncu tədqiqat çərçivəsində müəyyən ediblər ki, musiqi körpələrin koqnitiv qabiliyyətlərinə müsbət təsir göstərir.

AZƏRTAC "medvesti.com" saytına istinadla xəbər verir ki, eksperimentdə valideynləri ilə birlikdə 39 nəfər 9 aylıq körpə iştirak edib. Könüllüləri iki qrupa ayırıblar. Birinci qrupda analar öz körpələrini hər gün oyuncaqlarla əyləndiriblər, ikinci qrupun uşaqları isə əsas məşğələlərlə yanaşı, gündə 15 dəqiqə vals ritmində klassik əsərlər dinləyiblər. Valideynləri isə əllərini dizlərinə vuraraq ritm tutublar.

Alimlər 12 seansdan sonra uşaqların beyin fəallığını ölçüblər. Məlum olub ki, müntəzəm musiqi dinləmək baş beynin prefrontal qabığının fəaliyyətini yaxşılaşdırır. Alimlər qeyd edirlər ki, həmin nahiyə nitqin səslənməsinə cavabdehdir. Üstəlik, musiqi duyumu olan uşaqlar musiqi ritminin pozulmasını və ya onun dayanmasını daha tez başa düşürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.