Sağlamlıq

Qəbizlikdən əziyyət çəkənlər bu qidaları yeməməlidir - SİYAHI

3 May 2016 00:24
9 Şərh     Baxış: 7 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlərin müşahidələrinə görə, qəbizlik bir çox hallarda düzgün olmayan qidalanma nəticəsində inkişaf edir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu halda qidalanmada müəyyən dəyişikliklər etməklə insan qəbizlikdən xilas ola bilər.

Qəbizlikdən əziyyət çəkən insanlar müəyyən pəhriz saxlamalı, bəzi qidaları qəbul etməməlidir.
Qəbizlikdən əziyyət çəkirsinizsə, bu qidalardan imtina edin:
- ət və balıq konservləri
- hisə verilmiş qidalar (ət, balıq, kolbasa)
- ağ çörək, ağ undan hazırlanmış un məmulatları (bulka, piroq və s.), yağlı kremlə tort, pirojna, peçenye
- zülallarla zəngin olan qidalar. Bu qidaları qidalanmadan tam çıxartmaq olmaz. Lakin insan qəbizlikdən əziyyət çəkirsə, bu qidaları azaltmaq lazımdır.
- büzücü təsirə malik olan bəzi meyvələr (nar, heyva, zoğal, armud, xurma)
- bəzi tərəvəzlər (göbələk, turp, sarımsaq)
- çox yağlı ət, balıq, yağlı bulyonlar, qoyun piyi
- alma və üzüm şirələri
- makaron məmulatları
- süd. Lakin süd məhsulları (kefir, kəsmik, asidofilin və s.) qəbizlik zamanı əksinə faydalıdır.
- tünd qəhvə və tünd çay
- manna yarması, aş düyüsü
- paxlalılar (lobya, noxud, mərci)
- şokolad
- mayonez, ketçup
- bərk bişirilmiş yumurta.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.