Sağlamlıq

İmtahana hazırlaşanlar belə qidalansınlar!

2 May 2016 19:29
1 Şərh     Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi qida məhsulları beynin fəaliyyətini, yaddaşı, diqqəti yaxşılaşdırmaq xüsusiyyətinə malikdir. İmtahana hazırlaşırsınızsa, bunu nəzərə alın.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, imtahana hazırlaşdıqda menyuya bu kimi qidaları daxil edin:

- Balıq. Balığın tərkibində olan xüsusi Omeqa-3 yağ turşuları beynin fəaliyyətinə olduqca yaxşı təsir edir. Həftə ərzində 2-3 dəfə suda və buğda bişmiş balıq yeyin.

- Qoz-fındıq beynin fəaliyyətini stimullaşdırır. Hər gün 1 ovuc qoz-fındıq (qoz, fındıq, badam, araxis, keşyu, makadamiya və s.) yeyin.

- Şokolad. Hər gün 3-4 tikə tünd şokolad yeyin. Bu da beynin fəaliyyətinə stimullaşdırıcı təsir edir.

- Qara qəhvə tanınmış stimulyatordur. Hər gün 1-2 fincan yaxşı təbii qəhvə için. Lakin bundan artıq qəhvə içməyin. Bu, əks-təsir göstərə bilər.

- Lobya. Sübut olunub ki, lobyanın qəbulu yaddaşı yaxşılaşdırır.

- Kök. Karotin və A vitamini ilə zəngin olan kök beyinin fəaliyyətinə müsbət təsir edir.

- Meyvə quruları (xüsusilə əncir, ərik qurusu) təfəkkürü, yaddaşı yaxşılaşdırır.

- Yumurta beynin fəaliyyətinə müsbət təsir edir. Hər gün 1 yumurta yeyin.

- Su. Suyun normal miqdarda qəbulu orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

Susuzlaşma beynin fəaliyyətini pozur, diqqətin, yaddaşın zəifləməsinə səbəb olur. Təmiz su için, şirin qazlı içkilər beyin üçün ziyanlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.