Sağlamlıq

Effektli MÜALİCƏVİ VASİTƏ

1 May 2016 22:03
17 Şərh     Baxış: 11 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gicitkən çox faydalı bitkidir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, gicitkən qanın tərkibinə çox müsbət təsir edir, qanı təmizləyir, qanazlığı zamanı müalicəvi vasitə kimi istifadə olunur, qaraciyəri və böyrəkləri təmizləyir.

Gicitkən xalq təbabətində müxtəlif dəmləmələr, cövhərlər, tinkturalar və s. tərkibində çox geniş istifadə olunur. Sizə gicitkəndən və baldan hazırlanmış və xalq təbabətində geniş istifadə olunan təbii dərmanın reseptini təqdim edirik.

50 qr təzə gicitkən blenderdə əzilir, üzərinə 1 stəkan təbii bal əlavə olunur, yaxşı qarışdırılır və 7 gün soyuducuda saxlanılır. Dərmanı hər gün qarışdırın.

1 həftədən sonra dərmanı istifadə etmək olar. Böyüklər bu qarışığı gündə 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edir. Qarışığı soyuducuda saxlayın.

Bu qarışıq qanın tərkibini yaxşılaşdırır, qanı, qaraciyəri, böyrəkləri təmizləyir, orqanizmə ümumimöhkəmləndirici təsir edir.

Nəzərinizə çatdıraq ki, gicitkən hamilə qadınlar və damarlarda trombların əmələ gəlməsinə meyilli olan insanlar üçün əks-göstəriş sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.