Sağlamlıq

Diqqət! Axsama ciddi xəstəliyin simptomu ola bilər

1 May 2016 20:37
0 Şərh     Baxış: 5 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, axsama insanda müxtəlif travmalardan və zədələnmələrdən sonra meydana çıxa bilər.

Lakin bəzən insan heç bir travma almadan yerimə zamanı ayağında qəfil ağrı hiss edir və axsamağa başlayır. Dayandıqda ağrı tez bir zamanda keçir, hərəkətə başlayanda isə yenidən əmələ gəlir. Tibdə buna "fasiləli axsama" deyilir. Bu çox təhlükəli pozulmadır.
Bəzən ağrı 1 km, bəzən isə hətta 100 m keçdikdən sonra əmələ gəlir. İnsan axsamağa başlayır, dayanır, bir qədər gözləyir ki, ağrı keçsin və sonra yoluna davam edir. Bir qədər keçdikdən sonra bunlar  yenə təkrarlanır. Təəssüf ki, bir çox insanlar bunu ciddi simptom kimi qəbul etmir və yorğunluq, revmatizm və s. problemləri ilə əlaqələndirirlər. Lakin problem daha ciddidir.
Bunun səbəbi ayaq damarlarında qan dövranının pozulmasıdır. Damarın sıxılması və ya tam tıxanması nəticəsində qan zədələnmiş hissəyə çatmır və bunun nəticəsində toxumalarda ağır pozulmalar inkişaf etməyə başlayır. Oksigeni və qidalı maddələri kifayət miqdarda almayan toxumalar tədricən məhv olur. Vaxtında müalicə olunmadıqda bu pozulma ağır əlilliyə səbəb ola bilər. Məhv olmuş toxumalarda qanqrena inkişaf edə bilər. Bu isə zədələnmiş ətrafın kəsilməsi ilə nəticələnir.
Xəstəlik inkişaf etdikcə ayağın dərisi ağarır, soyuq olur, insan ayağında keyimə hiss edir. Bu çox ciddi simptomlardır.
Fasiləli axsamanın əsas səbəbi (80-90% hallarda) aşağı ətrafların damarlarının aterosklerozudur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bu da damarların daralması və bəzən tam tıxanmasına səbəb olur.
Digər səbəblər arasında - damarların iltihabı, autoimmun pozulmalar.
Əvvəllər belə pozulmaya yalnız yaşlı insanlarda rast gəlinirdi. İndi isə buna cavan insanlarda da rast gəlinir.
Pozulmanın əsas risk faktorları arasında:
- siqaret çəkmək
- piylənmə
- irsi faktor
- azhərəkətli həyat tərzi
- qanda xolesterinin miqdarının artması və s.
Fasiləli axsamanın ilk simptomlarında vaxt itirmədən mütəxəssislərə müraciət etmək lazımdır. Bu pozulmaları angioloq və fleboloqlar müalicə edir. Xəstəyə müəyyən dərman preparatları, fizioterapevtik müalicə, pəhriz, müalicəvi bədən tərbiyəsi təyin olunur. Xəstə mütləq hər gün açıq havada gəzməlidir. Siqaret çəkməkdən imtina bu xəstəliyin müalicəsi zamanı əsas tədbirlərdən biridir.
Xəstəliyin ağır formalarında cərrahi müalicə təyin oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.