Sağlamlıq

Yaşıl çay yağı ilə gözəlləşin

1 May 2016 17:02
4 Şərh     Baxış: 4 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşıl çayın sağlamlıq üçün çox faydalı olduğunu artıq bilməyən yoxdur. Yeni aparılan araşdırmalar göstərib ki, yaşıl çayın yağı da ən az çayı qədər faydalıdır. Yaşıl çay yağından sağlamlıqdan çox, gözəllik sahələrində istifadə edilir. 

Milli.Az publika.az-a istinadən bu yağın faydalarını təqdim edir:
 
Yaşıl çay yağı dərinin nəmlənməsini təmin edir, qırışları azaldır, sızanaqların meydana gəlməsinin qarşısını alır. Antioksidantlarla zəngin olduğu üçün dərinin yenilənməsini təmin edir. Dərinin qüsursuz görünməsinə səbəb olur. Aromaterapiya və masaj üçün istifadə edilən təbii yağlardan biridir. Eyni zamanda, stress səbəbi ilə baş verən xroniki yorğunluq, əzələ ağrıları zamanı da təsirlidir.
 
Hava çirkliliyi, stress, günəş şüaları kimi mənfi faktorların dəri üzərindəki təsirini yüngülləşdirir.
 
Həddindən artıq yağlı və ya quru dərilərdə nəm nisbətini balanslaşdıraraq dərini yumşaldır. Dəriniz sızanağa meyllidirsə, yaşıl çay yağı sızanağa səbəb olan bakteriyaları azaldacaq.
 
Bu yağ saçlar üçün də faydalıdır.  Saç dərisinin yağdan təmizləmək və nəmləndirmək üçün ondan istifadə etmək olar. Maraqlıdır ki, yaşıl çay yağı saç dərisinin yağlılığını azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.