Sağlamlıq

Gümrahlıq maskası

1 May 2016 15:12
0 Şərh     Baxış: 2 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çirkli hava, külək, günəşin zərərli şüaları - bir sözlə, xarici faktorlar dərinin yorulmasına səbəb olur. Ancaq həftədə iki dəfə tətbiq edəcəyiniz xüsusi maskalarla dərinizin solğun görünməsinin qarşısını ala bilərsiniz. 

Publika.az yorğun dəri üçün ən təsirli maskanı təqdim edir:
 
2 çay qaşığı limon suyu ilə 1 çay qaşığı balı və 1 çay qaşığı badam yağını qarışdırın. Kənarda 1-2 xörək qaşığı lobyanı suda bişirib daha sonra çəngəllə əzin. Lobyanı bal, badam və limon suyu qarışığının üzərinə əlavə edib təkrar qarışdırın.
 
Maskanı təmiz dəriyə çəkib yarım saat gözlədikdən sonra yuyun.
 
Maskanın təsirini ən qısa zamanda hiss edəcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.