Sağlamlıq

Övladınızın boyunu öncədən öyrənin - DÜSTUR

1 May 2016 14:41
17 Şərh     Baxış: 4 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu uşaq nə vaxt boy atacaq?", "Deyəsən, uşaq artıq boy atmaq istəmir, mənim kimi balacaboy qalacaq", "Bu uşaq uzana-uzana hara gedir, uzundraz olacaq?" və s.

Qadının hamilə olduğunu bilən bütün ailə üzvləri və yaxınları həsrətlə uşağın anadan olmasını gözləyirlər. Valideynləri ən çox  uşağın kimə oxşayacağı, gözlərinin hansı rəngdə olacağı  kimi suallar düşündürməyə başlayır. Uşaq doğulduqdan sonra başqa suallar və yeni qayğılar əlavə olunur. Anaları ən çox narahat edən mövzulardan biri də uşağın boyunun uzun və ya balaca olmasıdır.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqların boyunun neçə sm olacağını bilmək mümkündür. Türkiyəli pediatr Süha Ünüvar uşağın boyunu müəyyən edən düsturu açıqlayıb.
 
Qız uşaqlarının boyu necə hesablanır?
 
Düstur: Ananın boyu + atanın boyu / 2 - 6
 
Məsələn, ananın boyu 165 sm, atanın boyu 175 sm-dirsə, qızın boyu 164 sm olacaq.  
(165+175):2-6
 
Oğlan uşaqlarının boyu necə hesablanır?
 
Düstur: Ananın boyu + atanın boyu/ 2 + 6
 
Məsələn, ananın boyu 165 sm, atanın boyu isə 175 sm-dirsə, uşağın boyu 175 sm olacaq.  (165+175):2+6
 
Mühüm qeydlər: Məlum olduğu kimi, normal insanın boyunun uzanması genetik və hormonal quruluşundan, o cümlədən qidalanma və məşq kimi bir çox xarici amillərin təsirindən asılıdır. Uşağın səhhətində heç bir problem yoxdursa, düstur adətən dəqiq çıxır. Lakin uşağın səhhətində müəyyən problemlər olduqda və ya yaxşı qidalanmadıqda birbaşa boyun uzanmasına təsir göstərir və bu zaman düstur dəqiq olmaya bilər.
 
Boyu artıran qidaların siyahısı
 
Boyun artmasında kalsiumun böyük rolu var. Bu mineral sümüyün inkişafı üçün zəruridir. Odur ki, kalsiumu, həmçinin proteini bol olan məhsullarla yaxşı bəslənmək lazımdır. Duz, çay və şəkərin boy uzanmasına mənfi təsiri var. Boyu artıran qidaların siyahısı aşağıdakı kimidir:
 
balıq
qatıq, meyvəli qatıq (yoqurt)
süd məhsulları
pendir
kələm
kök
gülkələmi
yaşıl noxud
ispanaq
badam, qoz, fıstıq
qurudulmuş meyvə
D vitamini
 
Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.