Sağlamlıq

Qarındakı piyləri əridən effektli içki

1 May 2016 13:53
12 Şərh     Baxış: 27 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəncəfil kökü ilə qıtıqotu qarında yığılmış piylərin bir nömrəli düşmənidir. Milli.Az publika.az-a istinadən bildirir ki, bu iki bitkinin uzun illər arıqlaya bilməyənlər üçün çox təsirlidir. Məsələ ondadır ki, bu içki orqanizmi təbii yolla stimullaşdırır, güclü siropun sayəsində hüceyrələrdə yığılmış artıq su orqanizmdən xaric olur və piylər sürətlə əriyir.

İnqrediyentlər:
125 qram təzə döyülmüş qıtıqotu
4 limon
3 çay qaşığı bal
2 çay qaşığı darçın
1 xörək qaşığı üyüdülmüş zəncəfil kökü

Hazırlanması:
 
Qıtıqotu ilə zəncəfil kökünü blenderdən keçirin. Üzərinə limon suyu və darçın əlavə edin. Sonda balı töküb bütün inqrediyentləri yaxşıca qarışdırın. Hazır olan vasitəni soyuducuda saxlayın. Siropu 21 gün ərzində gündə 2 dəfə 2 xörək qaşığı olmaqla yeməkdən qabaq və ya məşqdən əvvəl qəbul edin. Pəhriz müddəti bitdikdən sonra bir həftə fasilə edib proseduru sonra yenidən davam etmək mümkündür. Yadda saxlayın ki, 21 gün ərzində çörəkdən istifadə qəti qadağandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.