Sağlamlıq

Ürəyin və damarların sağlamlığını qoruyan MEYVƏ

30 Aprel 2016 07:27
1 Şərh     Baxış: 6 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada, Çində, Yaponiyada aparılan çoxsaylı araşdırmalar sübut edib ki, hər gün alma yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riski azalır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, almanın tərkibində olan xüsusi maddə flavonoid "kversetin" damarları xolesterindən təmizləyir, onların bərkiməsinin qarşısını alır, elastikliyini qoruyur. Sağlam və elastik damarlar ürəyin sağlamlığı üçün çox vacibdir.

Araşdırmalar zamanı alimlər fikir veriblər ki, hər gün alma yeyən eksperiment iştirakçılarının qanında damarları sərtləşdirən maddələrin miqdarı xeyli azalıb.
Mütəxəssislər ürək-damar sistemi xəstəliklərindən qorunmaq üçün hər gün bir neçə alma yeməyi tövsiyə edirlər. Qırmızı almalar faydalı maddələrlə xüsusilə zəngindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.