Sağlamlıq

Bu tanınmış bitki ağrıları azaldır - RESEPT

29 Aprel 2016 22:40
57 Şərh     Baxış: 11 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim zamanlardan yasəmən ağrıları azaldan bitki kimi tanınır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qədimdə yasəməndən hazırlanmış cövhər və tinkturalar baş, bel, əzələ, oynaq ağrıları zamanı geniş istifadə olunurdu.

Həqiqətən də yasəmənin tərkibində olan bəzi maddələr ağrıları və iltihabı azaltmaq xüsusiyyətlərinə malikdir.
Yasəmən tinkturası artrit, revmatizm, artroz, osteoxondroz, müxtəlif zədələnmələr zamanı  çox yaxşı kömək edir.
Daban şporu zamanı yasəməni müalicəvi vasitə kimi istifadə edin.
Miqrendən əziyyət çəkən insanlar da yasəməndən faydalana bilər.
Yasəməndən müalicəvi tinktura hazırlamaq üçün 100 qr yasəmən çiçəklərinin üzərinə 1 stəkan araq əlavə olunur və 10 gün ərzində sərin qaranlıq yerdə saxlanılır.
Daha sonra tinktura yaxşı süzülür və müxtəlif ağrılar zamanı effektli ağrısızlaşdıran vasitə kimi istifadə  olunur.
Tinkturada pambıq əski isladın və ağrıyan nahiyəyə qoyun. Belə kompresləri gündə 2-3 dəfə edin.
Baş ağrıları zamanı kompres alın nahiyəsinə qoyulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.