Sağlamlıq

Boyanın korladığı saçlar üçün təsirli maskalar

13 Fevral 2016 17:50
0 Şərh     Baxış: 3 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəmadi olaraq boyadan istifadə etdikdə saçlar korlanır. Parlaqlığını itirən qırıq saçlarla isə cazibədar görünmək imkansızdır. 

Publika.az-ın təqdim etdiyi maskaları sınaqdan keçirərək daha baxımlı saçlara qovuşa bilərsiniz.
Aşağıdakı maskaların hər birindən 1 ay ərzində həftədə 3-4 dəfə istifadə edin.
 
Birinci maska:
4 xörək qaşığı jojoba yağı
2 çay qaşığı rozmarin yağı
1 çay qaşığı ətirşah çiçəyi yağı
Yağları qarışdırın və yeni yuyulmuş nəmli saçlara çəkin. 15 dəqiqə gözləyib əvvəl soyuq, sonra isə ilıq su ilə yuyun.
 
İkinci maska:
1 ədəd yumurtanın sarısı
2 çay qaşığı ərik yağı
5 xörək qaşığı kokos yağı
 
Əvvəl yumurta sarısını çırpın, üzərinə digər ərzaqları əlavə edib qarışdırın. Uclarından başlayaraq bütün saça çəkin. 20 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyub-təmizləyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.