Sağlamlıq

Analiz xərçəngin bu növünü aşkar etməyə kömək edəcək

12 Fevral 2016 23:11
1 Şərh     Baxış: 3 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişilər arasında ən yayılmış xərçəng formasından biri prostat vəzi xərçəngi sayılır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hal-hazırda bu xərçəng növünü aşkar etmək üçün qanda prostat-spesifik antigenin (PSA) səviyyəsini təyin etmək və biopsiya keçirmək tələb olunur.

MedicalDaily xəbər verir ki, Liverpul Universiteti (İngiltərə) alimləri prostat vəzi xərçəngini aşkar etmək üçün yeni diaqnostik test hazırlayıblar. Bu testin tətbiqi pasiyenti invaziv proseduralardan azad edəcək. Sidik analizi əsasında olan test prostat xərçəngini ilkin mərhələlərdə təyin etməyə kömək edəcək.

Alimlər vurğulayırlar ki, xərçəng xəstəliyinin məhz ilkin mərhələlərdə aşkar olunması çox vacibdir. Hal hazırda ilkin mərhələlərdə aşkar olunmuş xərçəngin əksər növləri çox uğurla müalicə olunur və xəstə tam sağalır.

Alimlər bu testin aparılması üçün kiçik ölçüdə olan xüsusi cihaz hazırlamaq planlaşdırır. Alimlərin sözlərinə görə, bu cihazı laboratoriyadan kənar da istifadə etmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.