Sağlamlıq

Hamilə qadın dəhşətli virusa yoluxdu

11 Fevral 2016 17:51
0 Şərh     Baxış: 2 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Kvinslend ştatında ilk dəfə hamilə qadının Zika virusuna yoluxması hadisəsi qeydə alınıb.

Report TASS-a istinadən xəbər verir ki, bu haqda ştatın yerli hakimiyyəti məlumat yayıb.

Məlumata görə, cari ildə Zikaya 5 yoluxma hadisəsi təsdiqlənib. 2015-ci ildə 13, 2014-cü ildə isə 7 yoluxma qeydə alınıb.
Xəstəliyə tutulan Avstraliya vətəndaşlarının hamısı xarici səfərdən ölkəyə qayıdanlar olub.

Yerli həkimlər bildirib ki, ölkə vətəndaşlarının narahatlığına əsas yoxdur, çünki qitədə bu virusun praktik daşıyıcısı yoxdur, onun daşıyıcılarına Kvinslend ştatının uzaq tropik rayonlarında rast gəlmək mümkündür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.