Sağlamlıq

Hamiləlik zamanı parasetamolun qəbulu uşaqlarda bu xəstəliyin riskini artırır

10 Fevral 2016 23:47
4 Şərh     Baxış: 5 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norvegiya İctimai sağlamlıq institutunun alimləri xəbər verir ki, hamiləlik zamanı parasetamolun qəbulu uşaqda gələcəkdə astmanın inkiaşafı riskini artırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər vurğulayıblar ki, parasetamol hamilə qadınlar arasında ən populyar dərmanlardan biridir və qadınlar bu dərmandan yüksək hərarət  və ağrılar zamanı tez-tez istifadə edir.

MedicalNewsToday xəbər verir, alimlər 1 mln.-dan artıq uşaqların sağlamlığını analiz ediblər. Məlum olub ki, parasetamolun hamiləlik zamanı qəbulu uşaqlarda astmanın riskini xeyli artırır (xüsusilə hamilə qadın bu dərmandan bir neçə dəfə istifadə etdikdə).

Alimlər qadınlara hamiləlik zamanı parasetamolu yalnız çox ciddi səbəblər olduqda və həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi tövsiyə edirlər.

Nəzərinizə çatdıraq ki, parasetamol bir çox hərarətsalan və ağrısızlaşdıran dərmanların tərkibinə daxildir. Bu dərmanların arasında panadol, ferveks, taylenol, efferalqan, antiflu, koldreks, teraflu və s.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.