Sağlamlıq

Arıqlamağa kömək edən 7 meyvə

10 Fevral 2016 20:24
33 Şərh     Baxış: 7 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox diyetoloq meyvələrin insanı kökəltdiyini bildirir. Onlar bunu meyvələrin tərkibindəki şəkərlə əlaqələndirir. Lakin bəzi meyvələr nəinki kökəltmir, əksinə , arıqlamağa da kömək edir.

Milli.Az publika.az-a istinadən həmin meyvələri təqdim edir: 
 
Kivi
A və C vitamini baxımından zəngin olan kivi immunitet sistemini gücləndirir. Göz sağlamlığı üçün vacibdir. Xərçəngə yaxalanma riskini azaldır. Kivinin tərkibindəki şəkər kökəlməyə səbəb olmur.
 
Alma
Qandakı şəkəri tənzimləyən alma insanı tox saxlayır. Tərkibindəki B3 vitamini sayəsində orqanizmi qoruyur.
1 ədəd orta böyüklükdə alma 50 kaloridir. Qəlyanaltı zamanı 3-4 xörək qaşığı qatıq və 1 ədəd alma yeyərək aclıq hiss etmədən arıqlaya bilərsən.
 
Portağal
Antioksidantlar sayəsində damarları gücləndirən portağal arıqlamağa yardım edir.
 
Qreypfrut
Yüksək miqdardakı C vitamini sayəsində xəstəliklərdən qorumaqla bərabər, yorğunluğa və halsızlığa yaxşı təsir göstərir. Arıqlamaq istəyirsinizsə, yağları əridən bu meyvəni gündəlik menyunuza daxil edin.
 
Naringi
Bu da yüksək miqdarda C vitamini ehtiva edən meyvələrdən biridir. Bədənin qripə qarşı olan müqavimətini artırır, təzyiqi aşağı salır, qan dövranını sürətləndirir.
 
Heyva
A, B1, B2, C vitamini ehtiva edir, ağız qoxusunu aradan qaldırır. Toxluq hissi verdiyi üçün pəhrizə yararlıdır.
 
Nar
Tərkibindəki A, C, B2 vitaminləri sayəsində immunitet sistemini gücləndirir. 3 xörək qaşığı nar, təxminən, 60 kaloridir. Qəlyanaltı və ya günorta yeməyi zamanı nar yeyərək maddələr mübadiləsini sürətləndirə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.