Sağlamlıq

"Təbii doğuş olmaya bilər"

8 Fevral 2016 19:48
11 Şərh     Baxış: 4 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erkən nikahlar bütün dövrlər üçün narahatlıq doğuran məsələ olub. Kəpəz TV (Region TV) xəbər verir ki, 18 yaşı tamam olmayan cütlüklərin ailə qurması gələcək nəsillərin sağlamlığını təhdid etməklə yanaşı, ailədaxili münaqişələrə qədər  bir sıra fəsadlara yol açır. Hələ fizioloji baxımdan tam formalaşmayan orqanizm erkən nikah nəticəsində müəyyən xəstəliklərin daşıyıcısına çevrilir. Anemiya, talassemiya, vaxtından tez doğuş əsas problemlər sırasındadır.

Rəna Bağırova - ginekoloq: "Erkən nikaha girən qadınlarda hamiləlik ağır keçir. Həmin vaxt anemiya baş verə bilər. Doğuşa yaxın olanda onları risk qrupuna götürürük, çünki orqanizm tam formalaşmadığından təbii doğuş olmaya bilər. Biz məsləhətlər də veririk ki, erkən nikaha girməsinlər. Valideynlər düşünməlidirlər ki, erkən nikah balalarına bəla gətirə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.