Sağlamlıq

Təzyiqi və xolesterolu aşağı salan meyvə - FAYDALARI

8 Fevral 2016 19:44
4 Şərh     Baxış: 8 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sirr deyil ki, ananas çəki atmaq üçün ideal meyvələrdən biridir. Məhz bu möcüzəvi xüsusiyyətinə görə pəhriz menyularında ilk sıralarda yer alır. Aile.lent.az ananasın yağları əritmək, arıqlatmaq və digər keyfiyyətləri haqda məlumatları təqdim edir.

Ananas isti iqlimdə yetişən tropik meyvələrdən biridir. Ananasın böyük bir hissəsi sudur və kalori miqdarı olduqca aşağıdır. Tərkibində dəmir, kalsium, potasium, maqnezium, A vitamini, B və C vitamini boldur.

Ananas dərini hamarlaşdırır, dırnaq və saçları gücləndirir, gözlərə sağlamlıq verir. Eyni zamanda xərçəngin yaranmasının da qarşısını alır.

Zülal həzm edən və arıqlamağı təmin edən ferment olan "bromelain" sayəsində sadəcə həzmə kömək etmir, eyni zamanda bədəndə meydana gələ biləcək iltihablar və şişkinlikləri də azaldır.

Ananas az tapılan manqanezin mineralının mükəmməl bir qaynağıdır. Ananasın tərkibində insan bədəninin ehtiyacı olan bütün vitaminlər və 16 təbii mineral var.

Ananasın çəki azalmasındakı sirri onun suyundadır. Ananas suyu bədəndəki yağı təsirli bir formada əridə bilir. Buna görə də hər gün yemək zamanı ananas yeyilməli və ananas suyu içilməlidir. Qısacası, ananas sağlam bir pəhriz meyvəsidir.

Yeməzdən əvvəl ananası duzlu suda yarım saat saxlayın. Mədə və bağırsaqları təmizləyir.

Ananas ətin həzm edilməsinə kömək olur. Ananasda olan protein mayası yeməklərdəki proteinləri təsirli bir şəkildə parçalayaraq mədə və bağırsaqları fəaliyyətə gətirir.

Ananas və ananas suyu dəri və saçları gözəlləşdirir. Ananasın tərkibindəki zəngin B vitamini dərini təsirli bir formada nəmləndirir və saçları parıldadır. Bununla yanaşı, ananas stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də kömək olur.

Təzyiqi və xolesterolu aşağı salır. Ananas qan dövranını sürətləndirərək həm yüksək təzyiq, həm də qandakı yağ nisbətini aşağı salmağa kömək edir.

Ananas bədəndə yağ toplanmasının da qarşısını alır. Sidikqovucu xüsusiyyəti sayəsində bədəndəki toksinlərin artmasına kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.