Sağlamlıq

Aşıq Azər reanimasiyaya yerləşdirildi

8 Fevral 2016 16:01
15 Şərh     Baxış: 5 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum aşıq Xanların 3 ildir ki, "Hepatit B" xəstəliyindən əziyyət çəkən oğlu, 33 yaşlı aşıq Azər 1 saylı Klinik Xəstəxanaya (Semaşko) yerləşdirilib. 

Milli.Az bildirir ki, musavat.com saytına açıqlama verən aşıq bildirib ki, xəstəxananın reanimasiya şöbəsində müalicə alır: "Fevralın 3-dən xəstəxanaya yerləşdirilmişəm, müalicə kursum davam etdirilir. Hələ ki, hər hansı dəyişiklik yoxdur. Bu gün millət vəkili Qənirə Paşayeva yanıma gəlməlidir. Dövlət adamlarından və sənət yoldaşlarımdan mənə baş çəkən yoxdur.  Bank hesabı açdırmışam, lakin oraya yardım üçün pul köçürülüb-köçürülmədiyini bilmirəm. Müalicəm üçün 60 min dollar lazımdır. Böyük məbləğdir, imkanlı şəxslərdən kömək gözləyirəm. Bu məbləğ qısa zamanda fərdi şəkildə çətin yığılar. Mən sənət adamıyam, sağalıb, peşəmi davam etdirmək istəyirəm".  

Qeyd edək ki, aşıq Azər "Bank Respublika"da hesab nömrəsi açdırıb. 

Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik: Bank Respublika kod - 380194401151751001 

Şəxsiyyətin seriya nömrəsi - 14040620

Onu da bildiririk ki, hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdən ödəniş etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.