Sağlamlıq

Uşağın qızdırması olarsa...

8 Fevral 2016 11:15
Baxış: 26 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valideynlər bilməlidirlər ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, mütləq olaraq hər hansı bir xəstəliyin əlaməti deyil. Xəstəliyin digər əlamətlərinin olmaması fonunda 1 yaşadək olan uşaqlarda temperaturun 37,2 C-dək olması normal hesab edilir.

1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün onların temperaturu bəzi hallarda, sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı, sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır. Bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda - qaçdıqda, atılıb-düşdükdə, çox tərlədikdə baş verə bilər. Bu halda uşağı bir yerdə otuzduraraq ona istədiyi qədər su vermək və sakitləşdirmək lazımdır. Bir qədər keçdikdən sonra isə onun temperaturunu bir daha ölçün. Əgər hərarət enibsə, demək, narahatçılıq üçün bir səbəb yoxdur.

Günvurma, istivurma, uzun sürən qusma və ishal nəticəsində orqanizmin susuzlaşması kimi hallar da temperaturun yüksəlməsinə səbəb ola bilər.

Əlbəttə ki, uşaqlarda temperaturun yüksəlməsinin ən çox yayılmış səbəbləri - kəskin respirtor virus infeksiyası (KRVİ), qrip, angina, qızılca, suçiçəyi və s. xəstəliklər olur. Həmçinin uşaqlarda su itkisi (ishal, qusma), diş çıxarma, immunloji, endokrin və metabolik xəstəliklər temperaturun yüksəlməsinə səbəb ola bilər. Temperaturun yüksəlməsi hər hansı bir infeksiyaya qarşı bədənin təbii reaksiyasıdır. Ancaq hərarətin çox yüksəlməsi uşaq orqanizmi üçün çox təhlükəlidir! Bəzi hallarda yüksək hərarət uşaqlarda qıcolmalara və hətta ölümə də səbəb ola bilər.

Uşaqlarda hərarəti düzgün olaraq necə ölçmək lazımdır?

Böyüklərdə olduğu kimi uşaqlarda da hərarəti - qoltuq altında ölçmək lazımdır. Pediatrlar uşağın temperaturunu düz bağırsaqda ölçməyi məsləhət görmürlər. Ona görə ki, düz bağırsaqda olan hərarət bədən hərarətindən adətən 1oC daha yüksək olur. Əksər həkimlər belə hesab edirlər ki, temperaturun ölçülməsi üçün adi civəli termometrdən istifadə etmək daha yaxşıdır. Elektron termometrlər rahat olsa da, həkimlərin müşahidələrinə görə daha tez-tez "səhv edirlər". Uşağın özünün şəxsi termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl onu spirtlə silmək lazımdır. Uşağın bədən temperaturunu o arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Bu zaman qoltuqaltı nahiyə quru olmalıdır. Əgər uşaq tərləmişsə, əvvəlcə qoltuğun altını silmək lazımdır. Termometri uşağın qoltuğunun altına qoyaraq, onun sürüşüb düşməməsinə nəzarət edin. Civəli termometr ilə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq xeyli bürünmüş olarsa, bu, xüsusən də körpə uşaqlarda, temperaturun nəticəsinə təsir edə bilər. Uşaq xeyli yorğun və əsəbi olduqda, ağladıqda və s. bu kimi hallarda da onun temperaturunu ölçməyi təxirə salmaq lazımdır.

Uşaqda yuksək hərarət olarsa, nə etmək lazımdır?

Uşaqlarda temperaturu aşağı salmaq üçün hərarətsalıcı preparatlardan istifadə olunur. Uşaqlar üçün ən təhlükəsiz qızdırma salan parasetamol tərkibli preparatlar hesab olunur. Parabru parasetamol tərkibli qızdırma salıcı preparatdır. Siklooksigenazanın selektiv ingibitoru olduğu üçün Parabrunun əlavə təsirləri ibuprofenə nisbətən azdır: "Qızdırma salan və ağrıkəsici effektləri olan Parabrunun südəmər uşaqlarda və qusması olan uşaqlarda şam formasından istifadə etmək məsləhətdir. Parasetamol tərkibli preparatların (Parabru) qəbulu arasındakı interval 4 saatdan az olmamalıdır. Dozası uşaqlarda hər kq çəkiyə 10-15 mq-la təyin olunur. Əgər bu interval 4 saatdan tez və doza yüksək olarsa, parasetamol intoksikasiyası yarana bilər. Ağır hallarda 5 gündən artıq, qızdırma salıcı kimi 3 gündən artıq vemək məsləhət görülmür. Parabru preparatının çeşid müxtəlifliyi var. Körpənin bədən çəkisindən və yaşından asılı olaraq uyğun buraxılış formasından istifadə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.