Sağlamlıq

Hamilə qadınların nəzərinə: epidural anesteziya daha təhlükəsiz olub

7 Fevral 2016 21:36
10 Şərh     Baxış: 4 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hal hazırda qeysəriyyə əməliyyatı zamanı bütün dünyada daha tez-tez epidural anesteziyadan (bel nahiyəsindən verilən narkoz) istifadə olunur.

Yalnız istisna hallarda ümumi narkoz tətbiq edilir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Kolumbiya Universiteti alimləri qeysəriyə kəsiyi əməliyyatı zamanı bu anesteziya metodunun təhlükəsizliyi ilə bağlı geniş araşdırmalar aparıblar. Alimlər 2003-2012-ci illər ərzində qeysəriyyə kəsiyi əməliyyatı zamanı epidural anesteziya tətbiq olunan 800 minə yaxın qadınlar haqqında məlumatları analiz ediblər. Nəticədə məlum olub ki, bu illər ərzində ağırlaşmaların sayı 25% azalıb və hal hazırda yalnız 1000 qadından 7-də sağlamlıqla bağlı problemlər inkişaf edir.
ScienceDaily xəbər verir ki, alimlərin fikirinə görə, son 10 il ərzində epidural anesteziya daha təhlükəsiz olub və bu növ anesteziyadan qorxmağa ehtiyac yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.