Sağlamlıq

Mikroinsult. Orqanizm xəbərdarlıq edir!

7 Fevral 2016 21:00
0 Şərh     Baxış: 4 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mikroinsultun simptomları insultun simptomlarına bənzəyir.

Lakin insultdan fərqli olaraq mikroinsultun simptomları daha zəif olur və adətən yalnız bir neçə dəqiqə ərzində davam edir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mikronsult insanın sağlamlığına geriyədönməz ziyan vurmur. 
Mikroinsultun səbəbi beyinin kiçik damarlarının trombla tutulmasıdır. İnsult zamanı tromb iri damarlardan birini və ya bir neçəsini tutur və bu səbəbdən beyinin hər hansı hissəsi ölür. Mikroinsult zamanı kiçik damarlar tutulur ki, qandövranı tez bərpa olunur və beyinə ciddi ziyan vurulmur.   
Mikroinsult ciddi xəbərdarlıqdır. Mikroinsult keçirmiş hər üçüncü insanda sonradan insult inkişaf edir. Həm də bu insanların yarısında insult mikroinsultdan sonra 1 il ərzində baş verir. Mikroinsult keçirmiş insan mütləq həkimə müraciət etməli və müalicə almalıdır ki, gələcəkdə insultun inkişafının qarşısı alınsın.  
Mikroinsult hiyləgər pozulmadır. Onun simptomları çox tez keçir və insan bunlara fikir verməyə bilər. Lakin bu yolverilməzdir. Mikroinsultun simptomlarını bilmək çox vacibdir:
- zəiflik, halsızlıq, yuxululuq, üzdə, qolda və ya ayaqda keyimə
- nitqin pozulması
- bir və ya iki gözdə ani korluq və ya ikiligörmə
- başgicəllənməsi, qəfil baş ağrısı
- müvazinətin və koordinasiyanın pozulması. 
Bu simptomlar bir neçə dəqiqə ərzində davam edə bilər. Lakin insan buna mütləq fikir verməli və dərhal həkimə müraciət etməlidir. İlk növbədə xəstə tomoqrafiyadan keçməlidir. Tomoqrammada pozulma çox aydın görünür. Daha sonra xəstəyə müalicə təyin olunur. 
Gələcəkdə insultun inkişafının qarşısını almaq üçün insan öz sağlamlığına ciddi fikir verməlidir - arterial təzyiqinə və qanda şəkərin səviyyəsinə daim nəzarət etməli, düzgün qidalanmalı, spirtli içkilərdən və siqaret çəkməkdən imtina etməli, fizki aktivliyini artırmalıdır. 
Mikroinsultdan sonra xəstə müəyyən müayinələrdən keçməlidir. Müayinə zamanı damarlarda ciddi pozulmalar aşkar olunduqda xəstəyə cərrahi müalicə təyin oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.