Sağlamlıq

Təmənnasız donorların sayı iki dəfə artıb

7 Fevral 2016 20:44
Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 5 il ərzində Azərbaycanda təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə artıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı"nın həyata keçirilməsi əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsinə, ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təmin olunmasının yaxşılaşdırılmasına imkan yaradıb.
Belə ki, həmin Tədbirlər Proqramının həyata keçirildiyi dövrdə təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artıb. Bu müddətdə idarə və təşkilatlarda 800-ə yaxın qanvermə aksiyası təşkil edilib.

Həyata keçirilən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər bütövlükdə aradan qaldırılıb.

Eyni zamanda, qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkatının genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına ehtiyac var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.