Sağlamlıq

Qadınların qorxulu kabusu...

5 Fevral 2016 22:44
5 Şərh     Baxış: 2 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süd vəzi xərçəngi demək olar ki, 30 yaşdan yuxarı hər  qadının qarşılaşacağı bir riskdir. Milli.Az atv.az-a istinadən bildirir ki, bunun səbəbi müəyyən miqdarda genetik faktorlar, hormonal balansın pozulması, qeyri aktiv və qeyri sağlam həyat tərzi ola bilər. Amma vaxtında müayinə və müalicə sizi süd vəzi xərçəngindən xilas edə bilər. Azərbaycanın baş onkoloqu Azad Kərimov xanımları vaxtında müdaxiləyə çağırır:  

"Hər bir qadın 40 yaşından sonra gəlib ildə bir dəfə monoqrafik müayinə keçməlidir. Yəni siz inanın ki, biz istəmirik ki, hər hansı bir qadında bu problem olsun. Ancaq süd vəzisinin bədxassəli prosesi xəstəliyin birinci ikinci mərhələsində aşkarlananda siz inanın ki, 100 faiz sağalmaya nail olmaq münkündür. Məsələn bizim qeydiyyatda o qədər helə xəstələrimiz var ki, 22 il qeydiyyatda olan var, 28 il var,15 il var."

Süd vəzində hər hansı bir törəmə aşkar edilmiş olarsa, həkim tərəfindən biopsiya  təyin olunur. Müalicə üsulunun seçilməsi xəstəliyin mərhələsindən, qadının yaşından, şişin quruluşundan, inkişaf sürətindən, yumurtalıqların fəaliyyətindən asılı olaraq müəyyən edilir. Xəstəlik nə qədər tez aşkar edilərsə, onun yayılması ehtimalı bir o qədər az, müalicəsi isə daha asan və effektli olur!

Bəs süd vəzi xərçənginin profilaktikası necə olmalıdır? Bunun üçün ilk növbədə  əməl olunması vacib  hesab edilən məqamlar bunlardır - ekoloji zərərli faktorlardan  uzaq olun, Yediyiniz qidalara diqqət edin və rasionunuza pomidor, kələm, meyvə və giləmeyvələr, soğan daxil edin , bitki yağlarına daha çox üstünlük vein  və artıq çəkidən qaçın.

Odur ki, əziz xanımlar özünüzü son nöqtəyə çatdırmayın. Həyatınız ən əvvəl sizin üçün dəyərli olmalıdır. Dünyadan süd vəzi xərçəngi səbibi ilə köçən minlərlə xanımın xatirəsi xətrinə özünüzü bu bəladan qoruyun. Axı, ətrafındakı hər bir xanıma,hətta ən yaxın rəfiqələrinə belə bu xəstəliyin potensial daşıyıcısı kimi baxmaqdan dəhşətli heç nə yoxdur... Diqqətli olaq ki, sadəcə həyatın sevincini bölüşək... 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.