Sağlamlıq

İlham Mirzəyevin xanımı: "Belindəki yırtığa görə..." - YENİLƏNİB

5 Fevral 2016 17:46
31 Şərh     Baxış: 12 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:46

Aparıcı İlham Mirzəyevin iflic olması haqda yazılan xəbərlərə həyat yoldaşı münasibət bildirib. Lent.az-ın məlumatına görə, aparıcının xanımı Ruhəngiz Mirzəyeva bildirib ki, həyat yoldaşının belində olan yırtığa görə ağrıları çoxalıb:

"Həyat yoldaşımla bağlı narahatçılığınız, göstərdiyiniz maraq və dəstəyə görə minnətdaram. Bir sıra mətbuat vasitələrində İlham Mirzəyevin iflic olması xəbəri ilə bağlı fərqli fikirlər oxuyuram. Bildirim ki, həyat yoldaşımın belində olan yırtığa görə ağrıları çoxalıb və ağrılar ayaqlarına keçib. Hərəkəti məhdudlaşıb.

Səhiyyə Nazirliyinin əməkdaşlarının köməyi nəticəsində vəziyyəti indi normaldır. Amma səhhətinin pisləşməməsi üçün davamlı müalicəyə ehtiyac var. Ailəmiz adından göstərdikləri köməyə görə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazirliyinin əməkdaşlarına və dəstəyinizə görə hər birinizə minnətdarlığımı bildirirəm".

------------

16:40

"Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin ayaqları tutulub".

Milli.Az bildirir ki, bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.

Vəkil bildirib ki, İ.Mirzəyevin vəziyyəti yaxşı deyil: "İlham Mirzəyevin belində fəqərəarası yırtıq var, o, bu xəstəlikdən əziyyət çəkir. Son vaxtlar vəziyyəti pisləşib və hazırda onun ayaqları tutulub".

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.