Sağlamlıq

Qadınlar üçün cildi ağardan 9 maska

29 Dekabr 2015 12:03
0 Şərh     Baxış: 5 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az atv.az-a istinadən maskaların hazırlanma qaydalarını təqdim edir:

- Sarıkök tozu ilə limon suyunu qarışdırın və üzünüzə sürtün. 20 dəqiqə sonra ilıq su ilə yaxalayın. Bu tətbiqi 2 gündən bir etsəniz, təsirini qısa zamanda bilərsiniz.

- Pomidorun suyu və unu qarışdırın və maska kimi üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla yuyun.

- Qaymaq, pomidor suyu və yulaf ununu yaxşıca qarışdırın və məcun halına gəldiyində üzünüzə sürtün. 20 dəqiqə gözləyin və üzünüzü yuyun.

- Gül suyu, limon suyu, yumurta, badam yağı, bal, yulaf unu, sirkəni bir qabda qarışdırıb üzünüzə sürtün. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.

- Kartof dəri rəngini açmaqda olduqca təsirlidir. Böyük kartofları üzünüzə yerləşdiriləcək şəkildə dilimləyin və üzünüzdə 15 dəqiqə gözlətdikdən sonra üzünüzü yuyun.

- Əgər göz altı qaraltılardan şikayətçisizsə, gündə ən az 10 stəkan su üçün. Çox su istehlakı göz altı qaraltılarının aradan qaldırılmasında təsirlidir.

- Qurudulmuş portağal qabıqlarını sürtgəcdən keçirərək, süd və qaymaqla qarışdırın və sonra üzünüzə çəkin.  20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

- Ağ turp dəri rəngini açmaqda yaxşıdır. Dilimlənmiş ağ turpu   üzünüzə düzərək və ya turp suyunu pambıqla üzünüzə tətbiq edə bilərsiniz. 30 dəqiqə gözlədikdən sonra yuya bilərsiniz.

- Yatmamışdan əvvəl bir ədəd xiyarı rəndələyin və tənzif köməyi ilə suyu ilə dənəsini ayırın. Əvvəl xiyar dənələri ilə üzünüzü ovalayın, sonra xiyarın suyunu üzünüzə sürtün və səhər oyandığınızda üzünüzü yuyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.