Sağlamlıq

Bunları yeməkdən sonra etmək olmaz! - 5 SƏHV

27 Dekabr 2015 23:36
8 Şərh     Baxış: 5 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu səhvləri insanların əksər hissəsi edir.

1. Yeməkdən dərhal sonra çay içmək olmaz. Çayın tərkibində olan bəzi maddələr qidada olan zülalların və xüsusilə dəmirin mənimsənilməsinə mane olur. Bu səbəbdən maddələr yaxşı mənimsənilmir və insan hətta tam normal qidalandıqda onun orqanizmində bu vacib maddələrin defisiti yarana bilər. Bu xüsusilə hamilə qadınlar və uşaqlar üçün vacibdir.  

2. Yeməkdən dərhal sonra meyvə yeməyin. Bu həzm proseslərinin ləngiməsinə, köpə və qarın ağrılarına səbəb ola bilər. 
Meyvələri qida qəbulları arasında yemək yaxşıdır. 
3. Yeməkdən dərhal sonra çimmək və ya duş qəbul etmək olmaz. Bu da həzm proseslərinə mənfi təsir edir. 
4. Yeməkdən sonra siqaret çəkmək olmaz. Ümumillikdə bu çox pis vərdişdir. Lakin həkimlərin fikirinə görə yeməkdən dərhal sonra çəkilmiş 1 siqareti 10 siqaretin təsiri ilə müqayisə etmək olar.
5. Yeməkdən sonra yatmaq olmaz. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.
Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır. Bu isə orqanizmin intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
Gecə saatlarında mədə, bağırsaqlar, qara ciyər dincəlir və özünü bərpa edir. Lakin əgər insan yatmazdan əvvəl çoxlu miqdarda qida qəbul edirsə (xüsusilə yağlı, qızardılmış və s. qidaları) onun mədə-bağırsaq sistemi dincələ bilmir, artıq yüklənir. Bu isə öz növbəsində müxtəlif pozulmaların inkişafına təkan verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.