Sağlamlıq

Əl dərisi üçün vitaminli təbii krem

28 Dekabr 2015 00:15
4 Şərh     Baxış: 9 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əl dərisi qış aylarında daha çox quruyur və çatlayır. Bunun qarşısını almaq üçün əl kremlərindən istifadə etsək də, bir çoxu istənilən nəticəni vermir. Həm də satışda olan kremlərin çoxunun tərkibində insan orqanizmi üçün zərərli olan "paraben" maddəsi var. Bu səbəbdən, əl kremini ev şəraitində, təbii məhsullardan hazırlamaq məsləhətdir.

Publika.az-ın təqdim etdiyi təbii əl kremini sınaqdan keçirin:
 
Tərkibi:
2 qaşıq vazelin,
2 qaşıq qliserin,
2 qaşıq limon şirəsi,
1 çay qaşığı zeytun yağı.
 
Hazırlanması:
Əvvəlcə 2 çay qaşığı vazelini kiçik bir boşqaba tökün. Boşqabı qaynayan çaydanın üzərinə yerləşdirin və ya qaynar su ilə dolu başqa bir qabın içinə qoyun.
Vazelin əridikdən sonra qliserini, limon şirəsini və zeytun yağını əlavə edib qarışdırın. Qarışığı təmiz bir qaba doldurub 5 dəqiqə soyuducuda saxlayın. Beləliklə, vazelin donacaq və əl kremi istifadəyə hazır hala gələcək.
 
Dərini nəmlə təmin edən, C və E vitamini ilə zəngin bu təbii kremi gün ərzində bir neçə dəfə çəkə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.