Sağlamlıq

Bel ağrısından qurtulmağın yolları

2 Dekabr 2015 09:53
0 Şərh     Baxış: 3 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəlik həyatda edilən yanlış hərəkətlər, masa arxasında səhv oturmaq, kompüter qarşısında keçirilən uzun saatlar bel sağlamlığı üçün problemlərə gətirib çıxarır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, aparılan bir araşdırmaya görə, hazırda yetkin insanların 80%-i bel ağrısından əziyyət çəkir. Bel ağrısından şikayət edən xəstələrin çoxunda bel yırtığının olduğu müşahidə edilir.

Mütəxəssislərin sözlərinə görə, artıq çəki, ağır əşya qaldırılması, hətta stres belə bel ağrılarına səbəb olur.

Bel ağrısını azaltmaq üçün bunları yoxlayın:

- Bel ağrısının qarışısını almaq üçün ağırlıq qaldırarkən, masada oturarkən, idman edərkən vücudunuza doğru şəkil verərək belinizi yükləməməlisiz.

- Ağrı başlayan zaman ilk olaraq 24-48 saat ərzində ağrıyan nahiyəyə 5-10 dəqiqə arayla soyuq kompres edə bilərsiz.

- Əgər ağrı bir neçə gün içində azalmazsa, ağrıyan bölgəyə isti kompres edin.

- Hərəkət etməyə davam edin, ancaq belinizi qoruyun. Ani dönüşlərdən və ya bükülmə hərəkətlərindən qaçın. O cümlədən yataqda uzanmaqdan da uzaq durun.

- Bir saat oturduqdan sonra durub 10 dəqiqə gəzin və dəyişik hərəkətlər edin.

- Kondisioner olan otaqda çox qalmayın.

Beliniz ağrıyan zaman məşq etsəniz, daha qısa müddətdə özünüzü yaxşı hiss etmənizi təmin edər və bel ağrısının daha da şiddətlənməsinin qarşısını almış olarsınız.

Qeyd edək ki, bel ağrısı ümumi olaraq bir xəstəlik və ya xüsusi olaraq bir xəsarət almaqla birbaşa əlaqəsi olmayan, ancaq sıx rast gəlinən narahatlıqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.