Sağlamlıq

Süfrəmizin vazkeçilməzi mədə xərçəngi törədir

29 Noyabr 2015 13:03
0 Şərh     Baxış: 7 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər gün ərzində duz istifadəsinə məhdudiyyət qoyulmasını və miqdar etibarilə 6 qrama qədər istehlak oluna biləcəyini xəbərdarlıq edirlər. Belə ki, bu temp yüksək təzyiq də daxil olmaqla bir sıra xəstəliklərin qarşısının alınmasında olduqca effektivdir.

Trend-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, artıq istifadə zamanı isə yüksək təzyiq xəstəliyini formalaşdırmaqla bərabər ürək-damar sistemi ilə yanaşı sidik-ifrazat sisteminə də ciddi zərər vurmuş olur, eyni zamanda isə müxtəlif orqan və toxumaların xərçənginə münbit şərait yaradır.

Ümumdünya Xərçəng Birliyindən verilən məlumata görə, yemək və qəlyanaltılar zamanı duz istifadəsinin məhdudlaşdırılması mədə xərçəngi riskinin də azalmasına səbəb olur. Ən çox duz tərkibli qidalara isə hazır yeməklər və fast-fudlar daxil olduğu üçün bunlardan da mümkün səviyyədə uzaq olmaq məsləhətdir. Təəssüf ki, yeməklərə xüsusi dad gətirəcəyi istəyi ilə ölçüsündən artıq şəkildə istifadə olunan duzun 3 ağ düşmanımızdan biri olduğu göz ardına vurulur. Unutmayaq ki, sağlamlığımız hər şeydən önəmlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.