Sağlamlıq

Dərini qışa hazırlayan maskalar

29 Noyabr 2015 12:47
12 Şərh     Baxış: 2 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış aylarında soyuq havanın təsiri ilə həssaslaşan və  quruyan dəri daha çox qulluq tələb edir.

Publika.az-ın təqdim etdiyi maskalar dərinizi qışa hazırlayacaq.
 
Yumurta maskası:
Tərkibi:
1 ədəd yumurtanın sarısı
2 çay qaşığı bal
2 xörək qaşığı yer fıstığı yağı
5 damcı limon şirəsi
 
Hazırlanması və tətbiqi:
Hamısını qarışdırıb çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.
 
Avokado maskası:
Tərkibi:
Yarım avokado
1 ədəd yumurtanın sarısı
20 damcı limon şirəsi
 
Hazırlanması və tətbiqi:
 
Məhsulların hamısını qarışdırıb məcun əldə edin. 20 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq su ilə yuyun. Maskadan dərhal sonra nəmləndirici krem çəkin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.