Sağlamlıq

Sevinc, kədər, qəzəb, nifrət… Duyğuların sağlığımıza təsiri

5 Sentyabr 2015 14:55
7 Şərh     Baxış: 4 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az aile.lent.az yaşadığımız duyğuların insan orqanizminə təsirini təqdim edir.
 
Qəzəb: " Mənfi duyğular çox vaxt stress hormonlarını artıraraq orqanlara təsir edir və funksiyasının zəifləməsinə səbəb olur. Xroniki xəstəliklərin təməlində qəzəb, üzüntü kimi mənfi duyğular dayanır. Çox siqaret , spirtli içki istifadəsi qaraciyəri bərbad hala saldığı kimi çox əsəb və üzüntü yaşamaq da qaraciyəri o dərəcədə korlayır. Çox əsəbiləşəndə ürək bulanma, tutulmalar, baş ağrıları ortaya çıxa bilər.
 
Sıxıntı: Sıxıntı və kədər kimi mənfi duyğular ağciyərdə fəsad yaradır. Yaşanan üzüntünün uzun müddət davam etməsi ağciyərə təsir edərək sinədə təzyiq, ağırlıq hiss edilməsinə yol açır. Hətta depressiyaya qədər apara bilər. Buna görə depressiyaya girən insanlara uzun müddət açıq havada gəzmək, bir neçə dəfə dərin nəfəs alıb-vermək məsləhət görülür.
 
Bu həm psixologiyanızı həm də ağciyərlərinizi rahatladacaq. Çox sıxıntı  eyni zamanda immunitet sisteminə mənfi yöndə təsir edir.
 
Qorxular: Orqanlara mənfi yöndə təsir edən duyğulardan biri də qorxudur. Çox qorxu keçirmək böyrəklərdə büzüşmə yaradaraq funksiyasına təsir edir. İnsan orqanlarındakı zəifləmə nəticəsində dada çox qorxu hiss edə bilər.
 
Bir şeyi dərd etmək, elə hey düşünmək isə mədə-bağırsaq sisteminə təsir edir. Dalğınlıq, çox düşünmək, zehni iş, narahatlıq, qayğı kimi duyğular birbaşa dalağa təsir edir.
 
Həyəcan, nifrət, qəlb qırılması: Gözəl duyğular orqanların funksiyasına müsbət yöndə təsir edirsə, mənfi duyğular isə pis yöndə təsir edir. Çox həyəcanlanmaq, nifrət, incimək kimi duyğular ürək ritmi üzərində təsirə malikdir.
 
Qayğı və stress zamanı ürək ritmi artır, bədəndə daha çox qan yığılmaya başlayır. Sevincli olmaq isə insana son dərəcədə faydalıdır. Ancaq bu duyğunun çox olması şərtində belə ürəyə ziyandır. Bunun da səbəbi yenə qanda stress hormonlarının artmasıdır. 
 
Mənfi duyğulardan qurtulun! Sağam qidalanaraq, idman edərək, özünüzə yaxşı baxaraq, müsbət duyğular daşıyaraq sağlığınızı qorumalısız. Mümkün olduğunca stressdən, qorxu, narahatlıq və s. kimi mənfi duyğulardan uzaq durun. Bir problemi elə hey ürəyinizə salıb düşünmədən xəstəlik və problemləri özünüzdən uzaq tuta bilərsiz. Hiss edilən duyğuların çoxluğundan orqanların mənfi təsir gördüyünü unutmayın.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.