Sağlamlıq

Hamilələr bu qidalardan uzaq dursunlar!

31 Avqust 2015 01:42
Baxış: 2 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlik dövründə qadınlar yediklərinə, içdiklərinə fikir verməlidirlər. Çünki ən kiçik bir səhv həm ananın, həm də körpənin sağlamlığına pis təsir edə bilər.

Milli.Az bildirir ki, publika.az hamiləlik dövründə xanımların qida menyusundan çıxarılmalı olan qidaları araşdırıb:

Kofein
Qəhvə içməyi tərgidin.  Körpə üçün çox zərərlidir.  Tərkibində kofein olan hər şeydən uzaq durun.
 
Kifli pendirlər
 
Kifli pendirlərin tərkibində bakteriyalar olur. Bu bakteriyalar bir körpənin ölü doğulmasına səbəb ola bilər. Hamiləlik dövründə əsla belə pendirlər yeməyin.
 
Qaraciyər
 
Qaraciyərin tərkibində çoxlu miqdarda "retinol" adlı maddə var. Hamiləlikdə qaraciyər başda olmaqla tərkibində retinol olan heç bir qidanı yeməməlisiniz. Çünki bu maddə orqanizmdə toplanaraq qalır və körpəyə zərər verir.
 
Az bişmiş ət və yumurta
Hamiləlik dövründə tərkbində bakteriya ola biləcək heyvan mənşəli qidalar  bişirildikdən sonra yeyilməlidir. Yumurtanı və əti yaxşı-yaxşı bişirin.
 
Pasterilizə edilməmiş süd və süd məhsulları
Pasterilizə edilməmiş süd və süd məhsulları təhlükəli mikroorqanizmlər ehtiva edir. Bu isə qida zəhərlənməsinə, ananın uşağı salması və ya körpənin ölü doğulması ilə nəticələnər.

Suşi
Çiy balıqda bakteriya və parazit ehtimalı olduğu üçün onu yemək çox risklidir. Hamiləlik dövründə əsla  çiy balıq yeməyin.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.