Sağlamlıq

Almadan gecə kremi hazırlayın! - RESEPT

29 Avqust 2015 16:22
8 Şərh     Baxış: 2 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gün ərzində dərimiz müxtəlif kimyəvi maddələrin təsirinə məruz qalır. Stress, əsəb, düzgün qidalanmamaq, kifayət qədər su içməmək də dəriyə zərər verir. Ona görə də, gecələr yatmazdan öncə dərini kimyəvi maddələrdən təmizləyib, bərpa edəcək xüsusi kremlər çəkmək vacibdir. Adətən, gecə kremləri baha qiymətə satılır. Ancaq ev şəraitində ucuz və effektli krem əldə edə bilərsiniz.

Milli.Az publika.az-a istinadən almalı gecə kremi reseptini təqdim edir:
 
Tərkibi:
1 ədəd alma
1 çay qaşığı zeytun yağı
3-4 damcı gülab
 
Hazırlanması:
 
Almanı ortadan ikiyə bölün. Tumlarını təmizləyin. Almanı xırda-xırda doğrayın. Blendıra töküb üzərinə zeytun yağı əlavə edin. Blendırı 5-7 dəqiqə işlədərək qarışığı hamar hala gətirin. Daha sonra həmin qarışığı ocağın üzərinə qoyub üzərinə gülab əlavə edib qızdırın. Artıq kreminiz hazırdır. Otaq temperaturunda olan kremi təmiz üz və boyun dərisinə çəkin. Səhər oyananda isə üzünüzü ilıq su ilə yuyn.
 
Krem bütün dəri tipləri üçün uyğundur. Xatirladaq ki, ağzıbağlı  qaba qoyub soyuducuda 4-6 gün saxlaya bilərsiniz.
 
Alma kremi hansı problemləri həll edir?
 
Alma A, B və C vitaminləri, həmçinin, beta-karotin və antioksidantlarla da zəngindir. Bu maddələr dərinin daha sağlam və gözəl görünməsini təmin edir.
 
Maskanın tərkibindəki zeytun yağı dərini nəmləndirir və yaşlanma əlamətlərini aradan qaldırır. Gülab isə sızanaqları azaldır, dərinin "pH" balansını bərpa edir, dəri hüceyrələrini yeniləyir.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.