Sağlamlıq

Bu pəhriz sizi istədiyiniz qədər arıqladacaq

28 Avqust 2015 23:03
25 Şərh     Baxış: 6 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu pəhriz sizi istədiyiniz qədər arıqladacaq. Eyni zamanda da orqanizminizi vitaminlərlə təmin edəcək.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, pəhriz xüsusi fiziki hərəkətlər də tələb etmir.

Pəhriz sobada bişmiş meyvə və tərəvəzlərdən ibarətdir. Sobanın istisi tərkibi olduğu kimi saxlayır. Ona görə də pəhrizin inqrediyentləri bədəni həm xəstəliklərdən qoruyur, həm də piyləri "əridir".

• Orta ölçüdə, cürbəcür rəngdə 2-3 ədəd müxtəlif tərəvəzi yuyub, qurulayıb, bıçaqla 1-2 yerdən deşib, əvvəlcədən isidilmiş sobada bişir.

• Tərəvəzlər qabıqlı bişməlidir.

• Tərəvəzlər isti halda yeyilməlidir.

• Ən çox arıqladan tərəvəz badımcandır. O, özünə çoxlu yağ hopdurduğu üçün köhnə piyləri əridir. Ona görə də pəhrizdə daha çox badımcan, bibər və pomidor istifadə etsən, gözqabağında "əriyəcəksən".

• Pəhriz zamanı ət əvəzinə balıq yemək çox xeyirlidir.

• Əgər şirniyyat yemək istəyirsənsə, meyvələri sobaya eyni qaydada yerləşdirib, üzərinə darçın səp. Desert isti və soyuq halda yeyilə bilər.

• Gün ərzində ancaq adi su iç. Bu, bütün mədə-bağırsağı, dəridəki civzələri təmizləyər, dərini nəmləndirər.

• Çəkini normada saxlamaq üçün rasionuna sarı və narıncı rəngli bitkiləri daxil et. Onlar orqanizmi həm də stresdən uzaqlaşdırır.

• Qırmızı tərəvəzlər insanı kökəldir. Ona görə də sarı və narıncı bitkiləri qırmızılarla birgə yemək olmaz. Onlar yaşıl bitkilərlə yeyilməlidir.

• Çəkini azaltmaq istəyirsənsə, seçimini yaşıl bitkilərdə saxla.

• Bənövşəyi rəngli tərəvəzləri ayda bir dəfə yemək lazımdır. Onların çox qəbulu orqanizmə ziyandır.

• Pəhriz zamanı kartofdan az istifadə et.
KARTOF C, PP, B vitamini ilə boldur. Onun tərkibində fosfor, yod, natrium, maqnezium, sink, bor, kobalt, nikel, kalsium, dəmir var. Amma unutma ki, üzərində yaşıl ləkələr olan kartof solanin əmələ gətirir, bu da xərçəng yaradır.

ÇUĞUNDUR hər cür onkoloji şişləri müalicə edir. Çuğundur yemək qastriti olan insanlara ziyandır. Hamilə və klimaks dövrü keçirən qadınlara bu bitkidən hər gün yemək məsləhətdir. Çuğundur trombları əridib, yüksək təzyiqi tənzimləyir, yaraları sağaldır. Çuğundur yeyəndən sonra sidik tünd - çəhrayı rəngdə olursa, demək, orqanizmdə problem var. Açıq çəhrayı rəng isə normal orqanizmdən xəbər verir.

BALQABAQ qaraciyəri təmizləyir, böyrək və bağırsaq sistemini tənzimləyir. Qastrit xəstələrinə ziyandır.

KÖK yaraları, ürək-damar sisteminin məlhəmidir, dişləri bərkidir xolesterini və yeməkdən sonra mədədəki ağırlığı azaldır.

Sobada bişmiş tərəvəzlərlə bərabər KƏLƏM şirəsi içmək super -arıqladıcı effekt verir. Kələmin üzərinə qaynar su töküb, bir neçə dəqiqədən sonra yemək mədə xorasını sağaldır, bakteriyaları öldürür. 

BİBƏR antibakterial təsir göstərib, təbii aspirin xarakteri daşıyır.

BADIMCAN ürəyin dərmanıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.