Sağlamlıq

Dabanları gözəl və yumşaq edən effektli üsul

3 Avqust 2015 15:34
0 Şərh     Baxış: 9 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dabanlarınızın gözəl və yumşaq olmasını istəyirsinizsə, onlara mütəmadi olaraq qulluq etməlisiniz. Səhhətinizdə heç bir problem və vitamin çatışmazlığı yoxdursa, onda dabanları yumşaltmaq çox asandır. Milli.Az publika.az-a istinadən bildirir ki, bu məsələdə evdə olan ərzaqlar köməyinizə gələcək.

Birincisi, belə qulluq - ucuzdur, gözəllik salonuna getməyə ehtiyac olmadığı üçün pulunuz cibinizdə qalacaq. İkincisi, dabanın altı hamar və zərif olacaq, həmçinin, çatlar da yox olacaq.
 
Bu proseduru gecə etmək lazımdır. Bunun üçün də bir qaba 1,5 litr isti su töküb, üstünə isə 4 xörək qaşığı 3 faizlik hidrogen peroksidi məhlulu əlavə edin. Sonra ayaqları bu suya qoyun. Bir neçə dəqiqədən sonra xüsusi dabandaşı və ya süngərlə dabanları yaxşıca sürtün.
 
Daha sonra isə dabanlara qliserinlə sirkə qarışığını çəkin. Qliserin 3 xörək qaşığı, sirkə isə 1 çay qaşığı olmalıdır. Corablarınızı geyinin və axşam belə yatın. Səhər yuxudan duran kimi ayaqlarınızı ilıq su ilə yuyun. Bu proseduru həftədə 1-2 dəfə tətbiq etdikdə, nəticəsi sizi inanılmaz dərəcədə təəccübləndirəcək.
 
Qliserin çox faydalı və təhlükəsiz maddədir. O, istənilən aptekdə və ya kosmetika mağazalarında satılır. Hidrogen peroksid də çox səmərəli və ucuz əldə edilən maddədir. 
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.