Sağlamlıq

Günvurma yalnız açıq havada baş vermir

1 Avqust 2015 14:44
160 Şərh     Baxış: 3 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası avqustun 5-dək gözlənilən kəskin isti hava şəraiti ilə əlaqədar insanlara ehtiyatlı olmağı, fiziki işdən uzaqlaşmağı tövsiyə edir.

Stansiya baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, günvurma hadisəsi yalnız günün altında olduqda baş vermir: "Günvurma, o demək deyil ki, yalnız günün altında olduqda baş verməlidir. Günvurma, ümumiyyətlə, isti havanın təsiridir. Uzun müddət isti yerdə qaldıqda bədəndəki su buxarlanır və yaranan maye çatışmazlığı nəticəsində günvurma baş verir. Günvurmanın simptomları sadə yorğunluqdan başlayaraq huşun itirilməsinə qədər ola bilər. Ona görə də orqanizmdə hər hansı pis dəyişiklik olanda, özünüzü pis hiss etdikdə mütləq həkimə müraciət edin".

Onun sözlərinə görə, belə isti hava şəraitində insanların fiziki işdən də uzaq olması, yanlarında həmişə ehtiyat su saxlaması lazımdır.

O.Şahmalıyev bildirib ki, kəskin istilərin mənfi təsirinə körpə uşaqlar, yaşlı insanlar, eyni zamanda, xroniki xəstələr daha çox məruz qalırlar.

Baş həkimin müavini qeyd edib ki, mayın ortalarından indiyə kimi stansiyaya günvurma ilə əlaqədar 38 nəfər müraciət edib. Onlardan 13 nəfəri xəstəxanaya göndərilib. Bu il günvurmadan ölüm halı qeydə alınmayıb.

O.Şahmalıyev əlavə edib ki, bu ilin may ayından indiyə kimi ilan sancması ilə əlaqədar stansiyaya 25 müraciət daxil olub. Onların 24-ü hospitalizasiya edilib, 1 nəfər isə (Şəkidə) xəstəxanaya çatdırılanadək həyatını itirib.

Xatırladaq ki, avqustun 5-dək ölkə ərazisində kəskin isti hava şəraiti gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.