Sağlamlıq

"Dərman qiymətlərinin tənzimlənməsi aptek-həkim əlaqələrini kəsəcək"

31 İyul 2015 15:12
8 Şərh     Baxış: 2 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi aptek və həkim arasındakı qeyri-sağlam əlaqəni kəsəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

Dərmanların qiymətlərinin tənzimlənməsini yüksək qiymətləndirən deputat hesab edir ki, bu, bir sıra mənfi halları aradan qaldıracaq və ilk növbədə, əhalinin ucuz dərman almasına səbəb olacaq: "Digər tərəfdən artıq dərmanların qiyməti brend, ticari adları ilə deyil, yalnız kimyəvi tərkibi, formuluna görə müəyyən olunacaq. Ona görə də dərmanların hansı aptekdə yazılması, hansında satılmasının əhəmiyyəti olmayacaq. Bundan sonra həkimlər pul üçün xəstəyə lüzumsuz dərmanlar yaza bilməyəcəklər. Həm də monopoliyanın qarşısı alınacaq.

M.Quliyev qeyd edib ki, ölkənin hər yerində vətəndaşlar ucuz və eyni qiymətə dərmanlar ala biləcək: "Bu, həm də əhalinin əlçatanlığını asanlaşdıracaq. Təbii ki, burada Tarif Şurası qiyməti müəyyənləşdirir və Səhiyyə, Vergilər və İqtisadiyyat və Sənaye nazirliklərinin müvafiq şöbələri bu işə nəzarət edəcəklər. Dərmanların fiks qiyməti onun üzərində qeyd olunur".

Qeyd edək ki, dünən Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Şuranın saytında qeyd olunan məlumata görə, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.