Sağlamlıq

Azərbaycan həkimlərindən unikal ƏMƏLİYYAT

30 İyul 2015 12:50
7 Şərh     Baxış: 2 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında yuxarı ətrafın uğurlu replantasiya əməliyyatı aparılıb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hospitala müraciət edən 26 yaşlı xəstə C.A.Muradovun əməliyyatı hospitalın mütəxəssisləri - tibb elmləri namizədi, travmatoloq-ortoped Ramin Rzayev, tibb elmləri namizədi, damar cərrahı Səbuhi Dadaşov, tibb elmləri namizədi, həkim-cərrah Namiq Bədirxanov tərəfindən həyata keçirilib. Sağ qolu travma nəticəsində amputasiya olmuş xəstə Mərkəzi Hospitalda əməliyyata alınıb, 10 saatlıq əməliyyatdan sonra replantasiya uğurla başa çatdırılıb.

Xəstənin travma nəticəsində qopmuş sağ qolunun uzun müddət qanla təchizatının olmamasına və bu cür hallarda əməliyyatın uğurlu keçməsi ehtimalının az olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində travma almış arterial və venoz damarlar, bazu sümüyü və əzələlər, eyni zamanda sinir damarları müvəffəqiyyətli şəkildə bərpa edilib.

Əməliyyatdan sonrakı dövrdə qolun qanla təchizatı tam bərpa edilib.

Xəstənin əmək qabiliyyətinin bərpası 8-12 ay ərzində nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.