Sağlamlıq

Günəş şüası xərçəng yarada bilər - XƏBƏRDARLIQ

5 İyul 2015 20:27
0 Şərh     Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, uşaq və yeniyetmələrdə günəş yanıqları dəri xərçənginə çevrilə bilər. Bu baxımdan ekspertlər xəbərdarlıq edir ki, övladlarınızla çimərliyə gedərkən diqqətli olun. Uşaqlarda günəş şüalarından iltihablı  yara meydana gəlibsə, gələcəkdə bu dəri xərçənginə kimi qarşınıza çıxa bilər.

Bu səbəbdən daha böyük problemlərlə qarşılaşmamaq üçün uşaqları günəşin zərərli təsirlərindən qorumaq vacibdir. Böyümə dövründə olan orqanizm üçün günəş şüalanmasının zərərli təsirləri çoxdur. Ata-analar, tibb bacıları, hətta məktəblərdəki müəllimlər də maarifləndirmə işi aparmalı, günün müəyyən saatlarında uşaqların açıq havada olmasının qarşısını almalıdırlar.

Birmənalı şəkildə uşaqları saat 11.00-16.00 aralığında birbaşa düşən günəş şüalarından uzaq tutun. 

Qoruyucu kremdən istifadə edilsə belə, uzun müddət günəşlənmək uşaqlar üçün təhlükəlidir. Günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün istifadə edilən kremləri seçərkən də diqqətli olun. Bu kremlərin qoruyucu təsiri daimi deyil, yalnız bir neçə saat təsir edə bilər. 
Əgər bədənə vurulan qoruyucu kremlərdə kimyəvi maddələr və parfüm varsa, günəşdən qoruma faktorları zəifdirsə, dəri tipinə uyğun deyilsə, mütləq  yan təsirlər ortaya çıxacaq və dəridə problemlər yaradacaq. 

Bədənə yaxılan qoruyucu kremin uzun müddət təsirli olacağını düşünmək də yanlışdır. Günün zərərli vaxtlarında heç bir krem dərinizdə problem yaranacağı riskini azaltmır. Bu səbəbdən dəri xərçənglərindən qorunmaq üçün müəyyən saatlarda açıq havaya çıxmamalı və günəşin zərərli təsirlərindən qorunmalıyıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.