Sağlamlıq

Arıqladan ayran resepti

3 İyul 2015 22:02
4 Şərh     Baxış: 14 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arıqlamaq istəyirsinizsə, yayda qazlı sular və meyvə şirələrindən uzaq durmalısınız. Bütün diyetoloqlar yay aylarında həm sərinləmək, həm də kökəlmənin qarşısını almaq üçün ayran içməyi təklif edirlər.

Çünki ayran həm orqanizmi toksinlərdən təmizləyir, həm də kökəlməyə qoymur. Milli.Az publika.az-a istinadən xəbər verir ki, ayranın tərkibində toxluq hissi verən maddələr olduğu üçün uzun müddət acmağa qoymur. Bir növ detoks funksiyasını yerinə yetirir. Üstəlik, yay depressiyasını aradan qaldırır.
Bazar ertəsi sindromu yaşayırsınızsa, yuxusuzluq probleminiz varsa, göz altı qaralar sizi narahat edirsə, hətta qan azlığınız varsa, ayran için. Çünki bu xəstəliklərin əsasında B və B12 Vitamin çatışmazlığı dayanır. Ayran, B və B12 vitaminləri ilə zəngin olduğundan, bu məsələdə çox təsirlidir. Üstəlik, bağırsaqların nizamlı işini təmin edir. Əgər həzm sisteminizdə problem varsa, ayranın müalicəvi təsiri olduğunu unutmayın və gündə mütləq1 stəkan için.
 
Ərzaqlar:
 
2 qaşıq az yağlı qatıq
1 stəkan su
2 budaq  şəklində şüyüd
1 çay qaşığı nanə
2 budaq cəfəri
1 ədəd doğranmış xiyar
 
Hazırlanması:
 
Bütün ərzaqları blenderin içinə atıb qarışdırın. Hazır olduqdan sonra içinə buz  əlavə edib için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.