Sağlamlıq

Asılılıq yaradan qidalar - FOTO

3 İyul 2015 21:42
0 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qidalarla bağlı araşdırma aparan mütəxəssislər bəzi yeməklərin beyinə mənfi təsir etdiyini və asılılıq yaratdığını ortaya çıxarıb. Milli.Az publika.az-a istinadən asılılıq yaradan qidaların siyahısını təqdim edir:

Mütəxəssislər asılılıq yaradan qidalara 1 ilə 7 arasında xal verib. Sevsək də, dadına baxmaqdan imtina edə bildiyimiz yeməklər 1 xalla, heç cür imtina edə bilmədiyimiz yeməklər isə 7 xalla qiymətləndirilib.
 
Pizza - 4.01
Bir dilim pizzada 300 kalori və 10 qram yağ var. Ət əlavə olunduqda isə kalorisi 360-a qalxır.
 
Şokolad - 3.73
Drexel Universitetinin apardığı araşdırmalara görə, şokoladın beyində yaratdığı təsir narkotikin yaratdığı təsirə çox bənzəyir.
 
Kartof çipsiləri - 3.73
Şokoladın yaxın dostu kartof çipsinin 30 dənəsi 320 kalori və 20 qram yağ ehtiva edir.
 
Peçenye - 3.71
4 orta boy peçenyedə 192 kalori və 10 qram yağ var. Aparılan təcrübələrdə siçanlara peçenye veriləndə kokain asılılığı ilə ekvivalent reaksiyalar ölçülmüşdür.
 
Kola - 3.29
Qazlı içkilər xərçəng, köklük və yüksək təzyiqin əsas səbəblərindən biri kimi göstərilir.
 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.