Sağlamlıq

İş yerində yatmaq xeyirlidir

1 İyul 2015 23:07
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş yerində yatmaq insanın iş qabiliyyətinə müsbət təsir göstərir.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə "Personality and Individual Differences" nəşrində dərc edilən məqalədə bildirlilir. 

Məqalədə deyilir ki, alimlərin keçirdiyi sınaqda 18-50 yaş arasında 40 nəfər iştirak edib. Könüllülərə nahar fasiləsində yatmaq təklif olunub. Onların müəyyən hissəsi bir saat ərzində rahatlıq gətirən videoçarxlara baxıblar, qalanları isə sakit şəraitdə yata biliblər. Sonra sınaqdan keçirilənlərin intellekti və iş qabiliyyəti yoxlanılıb. Bir saatlıq yuxudan sonra dincələn adamlar onlarda gərginliyin zəiflədiyini, daxili qüvvənin oyandığını və işləmək arzusu yarandığını bildiriblər.

Qeyd edək ki, iri şirkətlərin çoxu əməkdaşlar üçün müvafiq şərait yaradıblar. Madam ki, insan həqiqətən yatmaq istəyir, bunun üçün ona imkan vermək lazımdır. Bu yuxu onun məhsuldar işləməsini davam etdirmək və öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.