Sağlamlıq

İnfarkt riskini azaldıb görmə qabiliyyətini artıran meyvə

29 İyun 2015 21:29
0 Şərh     Baxış: 4 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli həkim professor doktor Hüseyn Çelik göyəmin faydalarından danışıb.

Milli.Az publika.az-a istinadən həmin məlumatları sizinlə bölüşür:
 
Həkimin sözlərinə görə, göyəm tərkibində ən çox antioksidant olan meyvədir. H.Çelik bildirir ki, göyəm qanı təmizləyir, qan şəkərini və xolesterini aşağı salır.
 
Göyəm, həmçinin yaşlı insanlarda yaddaş pozğunluğunun qarşısını alır.
 
"Göyəm uzun müddət təzə qalır. 1 həftə, 10 gün öz vitaminlərini qoruyub saxlayır. Bu meyvə min bir dərdin dərmanıdır desək, yanılmarıq".
 
Doktor göyəmin gözlər üçün də əsl şəfa qaynağı olduğunu vurğulayır:
 
"Gecə korluğu, gözlərdə qızarma və qamaşma və göz zəifliyinin qarşısını alır. İltihabı önləyir. Damarlar üçün yararlıdır. İnfarkt riskini azaldır".
 
H. Çelik bildirir ki, bu meyvənin kalorisi az olduğu üçün kökəlmək qorxusu olmadan bol miqdarda yemək mümkündür.
 
"Kalorisi azdır. Hər kəs yeyə bilər. Üstəlik, A, C vitamini, kalium, kalsium və fosforla zəngindir".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.