Sağlamlıq

Qaralmış qoltuqlara ÇARƏ

29 May 2015 14:22
1 Şərh     Baxış: 12 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti havaları səbirsizliklə gözləsək də, qoluaçıq, incə paltarlarımız əhvalımızı poza bilir.

Çünki qoltuqaltı ləkələr insanın özünəinamını azaldan əsas problemlərdən biridir. 

Milli.Az Türkiyə KİV-ə istinadən bildirir ki, belə problemi olanlar aşağıdakı məsləhətlərdən faydalana bilərlər: 

Düyü unu və sirkəni qarışdıraraq əldə etdiyiniz məcunu duşdan sonra qoltuqaltınıza çəkin, bir müddət sonra  yaxalanın. Bu məhlul dəri rəngizini açmaqla yanaşı, pis qoxuya səbəb olan bakteriyaların da ölməsinə kömək edəcək.

Limon dəri qaralmalarında ağla ilk gələn həll yollarından biridir. Dərinizi təmizləyəcək və parıldadacaq. Qalın bir limon dilimini qoltuqaltınıza çəkin. Sonra durulayın. Limon dərini qurudacağından bu əməliyyatdan sonra mütləq nəmləndirici krem istifadə edin.

Sandal ağacının tozu və gül suyunu qarışdırıb əldə etdiyiniz məcunu qoltuqaltınıza çəkin. Sandal ağacı rəngin açılmasını təmin edəcək, gül suyu da sərinlik və yumşaqlıq hissi verir.15 dəqiqə saxladıqdan sonra durulayın.

Soda dəri rənginin açılmasına da kömək edir. Su ilə qarışdırıb əldə edilən məhlulu qoltuqaltına vurun və durulayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.